EN

İranın Cənubi Pars xüsusi iqtisadi zonasına hava hücumları edilib

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranıncənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda Cənubi ParsXüsusi Enerji İqtisadi Zonasında neft-kimya məhsulları istehsaledən bir sıra müəssisələrə zərbələr endirilib.

Trend-inməlumatına görə, bu barədə İranın Buşehr vilayəti valisinin müaviniEhsan Cahanian yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda müəssisələrə dəyən ziyanaraşdırılmaqdadır və indiyə qədər ölüm faktı qeydə alınmayıb.

Xatırladaq ki, bundan öncə də İranın Cənubi Pars Qaz Şirkətininemal zavodlarına hərbi hava hücumları edilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
35
10
az.trend.az

10Sources