Dünya nizamını, bəşəri dəyərləri darmadağın edənlər...
Qəribə dünyada yaşayırıq, daha zəhmət çəkib əyləncə axtarışına, səyahətlərə baş vurmağa ehtiyac qalmır. Dünya zalım, ağıldankəm və psixopat "siyasət kişicikləri"nin əsl şoularını izləməkdədir!
Sivil dünyadan bir əsr geridə qalan Rusiyada 5-ci ildir ki, "putin-şou" - üzdəniraq "xüsusi hərbi əməliyyat" nümayiş etdirilsə də, həbsinə order verilmiş hərbi cinayətkar bircə məqsədinə belə nail ola bilməyib!
Heç bir hərbi səriştəsi olmayan Şoyqu və Gerasimov kimi "toy generalları" Ukraynanın İrpen, Buça kimi şəhərlərini artilleriya zərbələri ilə Yerlə bir edib!
"Tanrı tərəfindən seçilmiş millətin" - yəhudilərin işğal nəticəsində yaratdıqları, xəritəyə belə sığmayan dövlətinin - İsrailin cani başçısının ən yüksək texnologiyalarını işə salaraq göstərdiyi "netanyahu-şou"nu izləməkdəyik!
Həbsinə order verilmiş bu hərbi cinayətkar Qəzza kimi bütöv bir bölgədə on minlərlə günahsız insanı amansızcasına qətlə yetirib, bölgəni Yer üzündən silməyə müvəffəq olub!
Dünyanın bir nömrəli super gücünün - ABŞ-ın psixopat və əxlaqsız başçısı bir tərəfdən öz astronavtlarını Aya göndərir, digər tərəfdən isə Yerdə "tramp-şou" sərgiləyir! Bu, sıradan bir tamaşa deyil, dünya nizamının, bəşəri dəyərlərin darmadağın edilməsidir!
Minilliklər tarixinə malik, fəqət, orta əsrlərdə ilişib qalan İranın başsız molla rejimi ilə amansız savaşda, bütün gücünü və resurslarını səfərbər etməsinə rəğmən, epşteynin Silikon vadisində "şübhəli qəhrəmanlığı" ilə məşhurlaşan əxlaqsız varlıq 40 günə yaxındır ki, bircə məqsədinə belə nail ola bilməyib!
İnsanlığa ləkə olan tramp İranı çoxdan kiberişğala məruz qoyan İsrailin kəşfiyyat və logistika məlumatlarının hesabına iki pilotunun müəmmalı şəraitdə xilas edilməsini "böyük və kiçik qardaşların" "möhtəşəm qələbəsi" kimi dünyaya təqdim edir!
Bütün bu iyrənc şoular insanları təbii ki, əyləndirmir, onları bəşəriyyətin gələcək taleyi üçün böyük təlaşa və həyəcana qərq edir!
Səməd Vurğunun qəhrəmanları yada düşür:
- Tutaq ki, Allahsan sən bir anlığa,
Bir avtomatın var,
bir də fəlsəfən!
Dünyanı hansı ilə
xilas edərsən?
- Əlbəttə, fəlsəfə, əqlin qüdrəti,
Bir də ürəklərin saf
məhəbbəti!..
Diktator və tiranların, insan qanına susayanların nə fəlsəfəsi var, nə də ürəklərində sevgi və mərhəmət hissi! Ona görə də dünyamız zülmətə qərq olub, gələcəyi böyük təhlükələr altındadır!
Uca Tanrı yardımçımız olsun!..
Səttar_doktor: Səttar Qüdrətoğlu,
Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan tibb xidməti mayoru