EN

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda aprelin 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-12°, gündüz 14-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı bildirilir.

 

Chosen
35
49
7news.az

10Sources