EN

“PAŞA Bank” IPO-ya start verir

Bakı, 6 aprel, AZƏRTAC

“PAŞA Bank” ilk dəfə olaraq səhmlərini geniş ictimaiyyətlə bölüşür və bununla ölkənin aparıcı özəl bankdan pay almaq imkanı verir.

Bankdan AZƏRTAC-a bildirilib ki, İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq.

Bu çərçivədə bank kapitalının 5 faizini təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin qiyməti 55 manat olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.

İnvestorlar “PAŞA Bank”, “Birbank Invest”, həmçinin əsas anderrayter “PAŞA Kapital”, “ABB Invest” və “Unicapital” platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər.

Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.

Chosen
6
9
azertag.az

10Sources