EN

Ötən ay neçə uşaq övladlığa verilib? - RƏSMİ

Bakı. Trend:

Bu ilin mart ayı ərzində 8-i qız, 6-sı oğlan olmaqla 14 uşaqövladlığa verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial XidmətlərAgentliyindən məlumat verilib.

Bildirilir ki, onlardan 9-u 0-6 yaş aralığında, 5-i isə 7-18 yaşaralığında olan uşaqlardır:

"Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitindəböyüməsi, onların hüquqlarının qorunması və sosial rifahınınyaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar,himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə buuşaqların müəssisələrə yerləşdirilməsi, eləcə də övladlığa vəhimayədar ailələrə verilməsi istiqamətində iş aparılır. Görülənişlərin məqsədi uşaqların təhlükəsiz və sağlam ailə mühitindəböyüməsini təmin etməkdir.

Həmçinin, müvafiq istiqamətdə görülən işlər uşaqlarıninstitusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təminedilməsinə və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişlişəraitin yaradılmasına xidmət edir. Belə ki, müvafiq sahədəidarəetmə Nazirliyə həvalə olunduqdan bu günədək 859 uşaq övladlığaverilib".

"Eyni zamanda ölkəmizdə 2023-cü ildən tətbiq olunan "Himayədarailə" qayğı modeli çərçivəsində 75 uşaq müvəqqəti olaraq ailələrəyerləşdirilib", - məlumatda qeyd olunub.

Xəbər yenilənəcək

Chosen
54
1
az.trend.az

2Sources