EN

“Hüseyn Cavid” quru yük gəmisi təmir olunaraq istismara qaytarılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 aprel, AZƏRTAC

“AZCON Holding”in şirkətlərindən olan “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub.

ASCO-dan AZƏRTAC-a bpildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.

Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub, dizel generatorları isə yenisi ilə əvəz edilib. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə-qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra universal quru yük gəmisi yenidən istismara qaytarılıb. Uzunluğu 108,33, eni 16,74 metr olan “Hüseyn Cavid” gəmisi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
9
azertag.az

10Sources