EN

Millidə açıq məşq olacaq

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Fanat.Az xəbər verir ki, ötən gün bir araya gələn yığma üzvləri səhər və axşam iki məşq keçirib.

Aprelin 7-də "Olimpik Star"da millinin mətbuat üçün açıq məşqi olacaq. Saat 09:40-da baş məşqçi Yevgeni Kukseviç və komandanın kapitanı Emin Kürdovun iştirakı ilə brifinq keçiriləcək. Saat 10:00-da start götürəcək məşq prosesinin isə ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Komandamız aprelin 7-dək hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Qeyd edək ki, millimiz aprelin 8-də Tiflisə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək. Qazaxıstan millisi ilə qarşılaşmalar isə aprelin 13-də və 15-də Aktau şəhərində keçiriləcək.

Chosen
4
1
fanat.az

2Sources