EN

Çində hidrogen mühərrikli pilotsuz təyyarə sınaqdan keçirilib

Dünyada ilk dəfə megavat sinifli hidrogen mühərrikli yük dronu uğurla uçuş həyata keçirib...

Poliqon xəbər verir ki, Çinin Hunan əyalətinin Çjuçjou şəhərində yerləşən hava limanında dünyada ilk dəfə hidrogen turbinli mühərriklə təchiz olunmuş pilotsuz yük təyyarəsi uğurla sınaqdan keçirilib. Bu barədə Sinxua Agentliyi məlumat yayıb.

Layihənin inkişaf etdiricisi olan Aero Engine Corporation of China (AECC) şirkətinin məlumatına görə, AEP100 adlı mühərrik 16 dəqiqə davam edən sınaq uçuşu ərzində stabil və problemsiz işləyib. Təxminən 7,5 ton çəkisi olan pilotsuz təyyarə uçuş zamanı 36 kilometr məsafə qət edib, saatda 220 kilometr sürətlə hərəkət edib və 300 metr yüksəklikdə uçuş həyata keçirib.

Mütəxəssislər bildirirlər ki, bu texnologiya gələcəkdə xüsusilə pilotsuz yük daşımalarında və logistika sahəsində geniş tətbiq oluna bilər. İlk mərhələdə sistemin adalar arasında daşımalar üçün istifadəsi planlaşdırılır, daha sonra isə regional və magistral hava nəqliyyatına inteqrasiya edilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, hidrogen mühərriklərinin tətbiqi aviasiya sektorunda karbon emissiyalarının azaldılması baxımından mühüm addım hesab edilir. Bu texnologiya həm ekoloji cəhətdən daha təmiz alternativ kimi qiymətləndirilir, həm də gələcək enerji təhlükəsizliyi strategiyalarında önəmli rol oynaya bilər.

Poliqon.info

Chosen
41
2
poliqon.info

3Sources