EN

İranın ən məşhur texniki universitetlərindən biri hava hücumuna məruz qalıb

Bakı, 6 aprel, AZƏRTAC

İranın ən məşhur texniki ali təhsil müəssisələrindən biri olan Şərif Texnologiya Universiteti hava hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, Tehranda yerləşən universitetin ərazisində bir neçə partlayış baş verib. Hadisə nəticəsində dağıntı və ya tələfat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Chosen
37
3
azertag.az

4Sources