İranın xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı ABŞ-nin ölkənin enerji infrastrukturuna zərbələr endirmək hədələrini “hərbi cinayətlərin etirafı” adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
İranlı nazir həmçinin vurğulayıb ki, ABŞ-nin cinayətlərini pisləmək və təqsirkarları məsuliyyətə cəlb etmək üçün beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və MAQATE tərəfindən “təcili tədbirlər” görülməlidir.
Araqçi qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür təhdidlərin qarşısında səssiz qalmamalı və hüquqi mexanizmləri işə salmalıdır.
Musavat.com