EN

Pakistan ordusu Əfqanıstanla sərhəddə hücum cəhdinin qarşısını aldı

Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin sərhəd postunu ələ keçirmək cəhdinin qarşısını alaraq 37 nəfəri zərərsizləşdirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaullah Tarar "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, döyüşlər aprelin 2-dən 3-nə keçən gecə Qulam Xan bölgəsində, Xayber-Paxtunxva vilayətində baş verib. Nəticədə Əfqanıstan tərəfdən 80-dən çox hərbçi yaralanıb. Pakistan tərəfinin itkiləri barədə məlumat verilməyib.

Nazirin açıqlamasına görə, fevralın sonundan etibarən münaqişənin kəskinləşməsi fonunda Əfqanıstan azı 796 hərbçisini itirib, 1 043-dən çoxu yaralanıb. Pakistan aviasiyası qonşu ölkə ərazisində 81 obyektə zərbələr endirib, 286 sərhəd postu məhv edilib, daha 44-ü nəzarətə götürülüb. Bundan əlavə, qarşı tərəfin 249-dan çox zirehli texnikası sıradan çıxarılıb.

Qeyd edək ki, fevralın 26-da Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın aviazərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib. Pakistanın müdafiə naziri Xavaca Asif isə ölkəsinin Əfqanıstandakı "Taliban" hökuməti ilə açıq silahlı qarşıdurma vəziyyətində olduğunu bildirib./Oxu.az


Telegram kanalımız
Chosen
23
2
yenisabah.az

3Sources