EN

DƏHŞƏT! Qardaş qardaşı qanına qəltan etdi – VİDEO

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qardaşların mübahisəsi qanlı sonluqla nəticələnib.

İlkin məlumata görə, mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.

Qardaşların anası Lətifə Qurbanova deyir ki, onlar həmişə mehriban olublar. Ancaq son günlər Sumqayıt Ruhu Əsəb Dispanserində müalicə alan böyük oğlu Cəfər Qubadov qardaşı ilə dalaşmağa başlayıb. Nəticədə belə bir hadisə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hər iki qardaş heç evdən çölə çıxan olmayıblar. Qardaşını bıçaqlayan şəxsin son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.

Sumqayıt Tibb Mərkəzindən “Xəzər Xəbər”ə bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
53
nocomment.az

1Sources