EN

​“Beşiktaş” “Fənərbaxça”nı belə devirəcək

Bazar günü İstanbul dərbisi olacaq. “Fənərbaxça” dogma meydanda əzəli rəqiblərindən olan “Beşiktaş”I qəbul edəcək. Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, ağ-qaralılar “Fənərbaxça”nı devirmək üçün müdhiş plan hazırlayıb. “Beşiktaş” vacib matç üçün hazırlıqlarını sürətlə davam etdirir. Komanda məşqlərdə əsas diqqəti taktiki plan üzərində cəmləyib. Baş məşqçinin rəhbərliyi altında keçirilən son məşqlərdə futbolçuların həm fiziki, həm də taktiki hazırlığı xüsusi olaraq gücləndirilib. Komanda rəqibin zəif nöqtələrini analiz edərək hücum və əks-hücum planlarını təkmilləşdirir. Məlumata görə, “Beşiktaş”ın əsas planı sürətli keçidlər və cinahlardan qurulan hücumlar üzərində qurulub. Baş məşqçi Sergen Yalçın yetirmələrinə müdafiədə daha intizamlı oyun sərgiləmək və səhvləri minimuma endirmək barədə tapşırıq verib. Komanda daxilində yüksək motivasiya müşahidə olunur və futbolçular dərbiyə maksimum səviyyədə hazırlaşır.

“Beşiktaş”-“Fənərbaxça” oyununun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.

Chosen
14
metbuat.az

1Sources