EN

Manaf Ağayev toylarla bağlı qərarını açıqladı

ain.az, Baku.ws saytına istinadən bildirir.

Müğənni Manaf Ağayev 65 yaşdan sonra toy məclislərində iştirak etməyəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. 60 yaşlı ifaçı qeyd edib ki, bu qərarı artıq uzun müddətdir verib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə toy məclislərinin ab-havası fərqli olub və bu səbəbdən həmin mühitdən uzaqlaşmaq istəmirmiş. Lakin artıq planlarını dəyişdiyini deyən müğənni səhnə fəaliyyətini davam etdirəcəyini, amma toylara getməyəcəyini vurğulayıb.

Manaf Ağayev əlavə edib ki, hər şeyin öz zamanı var və vaxtında qərar vermək daha doğru seçimdir.

Qeyd edək ki, ifaçının bu il 61 yaşı tamam olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
baku.ws

2Sources