EN

Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır – VİDEO

Bakının bir sıra ərazilərində normadan artıq yağın yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

KONKRET.az xəbər verir ki, Binəqədi rayonunun bəzi qəsəbələrində xüsusi texniki qurğuların cəlb olunması ilə işlər davam etdirilir.

İşlər Biləcəri qəsəbəsi, İpək yolu və Sənan Zamanov küçələrində, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində, Xocəsən qəsəbəsi, Ulduz və Şollar küçələrində davam edir.

Bildirilib ki, əraziyə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.

Bununla yanaşı, Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində intensiv yağışların yaratdığı fəsadlar müvafiq qurumlar tərəfindən aradan qaldırılıb.

 

Chosen
48
konkret.az

1Sources