EN

Mehdi Rəhimov dünyasını dəyişdi FOTO KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mingəçevir Dövlət Universitetinin (MDU) akademik camiəsinə ağır itki üz verib. Universitetin Xarici dillər kafedrasının müdiri, tanınmış pedaqoq, dosent Mehdi Rəhimov vaxtsız vəfat edib.

KONRKET.az xəbər verir ki, Mehdi müəllim təkcə savadlı alim və kafedra müdiri kimi deyil, həm də tələbələrinin sevimli müəllimi, həmkarlarının sadiq dostu və nəcib insanlıq keyfiyyətləri ilə seçilən bir ziyalı kimi dərin hörmət qazanmışdı.

Onun ölümü universitet kollektivi və elm ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.

Uzun illər xarici dillərin tədrisi və kafedranın inkişafı istiqamətində böyük xidmətləri olan Mehdi Rəhimovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

\\nocomment.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
3
konkret.az

4Sources