EN

“Ermənistan Aİ yə üzv olarsa…” Rusiyadan sensasiya

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva İrəvanın Avropa İttifaqı kursuna dair mümkün nəticələrlə bağlı sərt mesaj verib.

Globalinfo.az xəbər verir ki, by barədə “Vesti” məlumat yayıb. Qeyd olunub ki, Rusiya Federasiyasının vitse-baş naziri Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına üzvlük yolunu seçəcəyi təqdirdə, bu qərarın ciddi nəticələri ola biləcəyini bildirib.

Onun sözlərinə görə, belə bir halda Ermənistanın Rusiya ilə hava əlaqələrinin dayanması ehtimalı mövcuddur.

“Bu, bəlkə də sərt səslənir. Lakin biz istəyirik ki, Ermənistan vətəndaşları mümkün nəticələri əvvəlcədən aydın şəkildə dərk etsinlər. Əgər belə bir ssenari baş verərsə, bu, Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində verilən qərarların birbaşa nəticəsi olacaq”, – deyə Overçuk vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
globalinfo.az

1Sources