Ajans.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı məlumat yayıb. "İlkin məlumata və hadisə yerində ekspertlər tərəfindən aparılmış əlavə yoxlamalara əsasən, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsinin və iki "Blək Huk" helikopterinin məhv edildiyi müəyyən edilib", - bəyanatda deyilir. Daha əvvəl İsfahandan cənubda C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğu bildirilib.