EN

Gecə saatlarında evinə çağırıb 3 bıçaq zərbəsi ilə öldürdü - Şəmkirdəki qətlin ŞOK detalları

Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, rayonun Kür qəsəbəsində baş verən hadisə zamanı qətlə yetirilən 19 yaşlı Ramal Quliyevlə hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə arasında qısqanclıq zəmnində mübahisə düşüb.

Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə başlayıb və yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. R.Quliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalar davam edir.

Chosen
5
3
musavat.com

4Sources