EN

Hər gün etdiyiniz bu səhv sizi “öldürə bilər” – ŞOK XƏBƏRDARLIQ

Demək olar ki, hər yeməyin dad sirri olan pomidoru həm ləzzəti, həm də faydası üçün istifadə edirik. Pomidorsuz süfrə təsəvvür etmək çətin olsa da, mütəxəssislər onun müəyyən formada istifadəsi ilə bağlı xəbərdarlıq edirlər. Onlar bildirirlər ki, yanlış istifadə üsulu həzm sistemindən tutmuş oynaq sağlamlığına qədər ciddi problemlərə yol aça bilər.

Moderator.az xəbər verir ki, pomidorun ən dəyərli komponentlərindən biri olan likopen əslində bişirmə zamanı daha aktiv hala gəlir.

Lakin çiy pomidorun səhv şəkildə istifadəsi gözlənilən faydanın əksinə təsir göstərə bilər. Xüsusilə pomidorun yaşıl hissələrində gizlənən risklər diqqətdən qaçmamalıdır.

Tam yetişməmiş, üzərində yaşıl damarlar olan pomidorlara qarşı ehtiyatlı olmaq lazımdır. Pomidorun özünü qorumaq üçün istehsal etdiyi solanin adlı təbii maddə məhz bu hissələrdə daha çox olur. Bu maddə orqanizmə daxil olduqda ürəkbulanma, güclü baş ağrısı və həzm sistemi probleminə səbəb ola bilər. Buna görə də pomidorun tam yetişmiş olmasına diqqət etmək vacibdir.

Pomidor yüksək turşuluğa malikdir. Xüsusilə acqarına və ya həddindən artıq miqdarda çiy şəkildə qəbul edildikdə mədə turşusunu artırır.

Bəzi araşdırmalar göstərir ki, pomidorda olan lektin maddəsi həssas insanlarda iltihabı artıra bilər. Əgər oynaq ağrılarından əziyyət çəkirsinizsə, pomidoru qabığı və tumları ilə birlikdə yemək bu ağrıları daha da gücləndirə bilər.

Mütəxəssislər daha təhlükəsiz istifadə üçün pomidorun qabığını soyaraq, bişirərək və zeytun yağı ilə birlikdə istehlakını tövsiyə edirlər.\musavat.com

Chosen
11
6
moderator.az

7Sources