EN

ADSEA-nın tabeli qurumları ərazilərdə yığılan yağış sularını kənarlaşdırır

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su (İSBSTX) Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İSBSTX-dən AZƏRTAC-a bildirilib ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılr.

Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 millimetr olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.

Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istismara yararsız təxliyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.

Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri yağış sularından təmizlənir.

Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsində diametri 200 millimetr kanalizasiya xəttində yüklənmə səbəbindən tutulma baş verib və nəticədə yağış suyu ətrafa dolub. Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsi tutulma açılıb və ətrafa toplanan yağış suyu kənarlaşdırılıb.

Chosen
24
18
azertag.az

10Sources