Bakı. Trend:
Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə(Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrininhərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəmmarşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi –metronun “Elmlər Akademiyası” stansiyası – “Azneft dairəsi” – 20-cisahə istiqamətində təşkil olunub.