EN

Bir neçə yolda yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Qurumun məlumatına görə, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində də yığılan yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb.

Chosen
35
9
azertag.az

10Sources