Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Ə.Ələsəgorovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media