EN

FHN: Keşlədə 37 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub - YENİLƏNİB VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evləri subasmaya məruz qalmış 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.

11.52

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

“Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir”, - deyə məlumatda bildirilir.

Chosen
21
19
azertag.az

10Sources