EN

Amerikalı zabit İranın 20 illik planını ifşaladı Tramp bunu edə bilməz dedi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Vaşinqton İrana ABŞ quru qoşunları göndərməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu hərbi analitik və təqaüddə olan ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat zabiti Skott Ritter deyib.

“İranlılar 20 ildir ki, müdafiə əməliyyatı planlaşdırırlar. Onlar plana uyğun hərəkət edirlər və ABŞ buna cavab vermək məcburiyyətindədir. Quru hücumu olmayacaq”, – deyə analitik bildirib.

Ritterin sözlərinə görə, ABŞ-ın İrana hərbi basqını mümkündür, lakin bunun üçün bəhanə lazım olacaq.

O, həmçinin ABŞ-ın əlində olan Xarq adasını ələ keçirmək planlarını qeyri-real adlandırıb.

Martın 29-da “The Washington Post” (WP) ABŞ-ın İranda quru qoşunlarından istifadə etməyi planlaşdırdığını bildirib. Media orqanları Yaxın Şərqə 3500 ABŞ dəniz piyadasının gəldiyini qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
globalinfo.az

1Sources