EN

İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd oldu

İtaliya futbolunun canlı əfsanələrindən hesab edilən Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyinə mümkün namizəd kimi nəzərdən keçirilir.

Sportal.az “La Stampa”ya istinadən xəbər verir ki, federasiyanın əvvəlki prezidenti könüllü istefa verən Qabriele Qravina idi. Yeni prezident seçkisi iyunun 22-də baş tutacaq və namizədlərin səsvermədən 40 gün əvvəl rəsmi olaraq qeydiyyatdan keçirilməsi tələb olunur.

Maldini əvvəllər milli komandada çalışıb: 2018-2019-cu illərdə komandanın inkişaf direktoru, daha sonra isə texniki direktoru vəzifələrində çalışıb. O, bu vəzifəni 2023-cü ilin iyun ayında tərk edib.

İtaliya millisi pley-off mərhələsində Bosniya və Herseqovinaya məğlub olaraq(1:1, penaltilərdə 1:4) dünya çempionatına yollana bilməyib. 

saytlarin hazirlanmasi

Chosen
20
sportal.az

1Sources