
İranda yanvar ayında baş verən kütləvi iğtişaşların daha iki iştirakçısı edam edilib.
Yeniavaz.comxəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Tehranda gizli hərbi obyektə hücumda təqsirli bilinən iki nəfər asılmaqla edam edilib.
İran mediasının məlumatına görə, təqsirləndirilən şəxslər yanvar ayında İranda baş verən iğtişaşlar zamanı silah anbarına girməyə cəhd etməkdə təqsirli biliniblər.