EN

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Tiflis polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, ona qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.

DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə inzibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.

Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.

Chosen
9
31
metbuat.az

10Sources