EN

“Artemida 2” Ayın fotosunu göndərib

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ayın “Artemida-2” kosmik missiyası zamanı çəkilmiş fotoşəkilini təqdim edib. Fotolar 4 aprel tarixində, Orion kosmik gəmisindən buraxılışdan iki gün sonra yayımlanıb. Fotoşəkillərdə Ayın və Yerin gəmidən görüntüləri əks olunub. NASA bildirir ki, Ay ətrafında dövrə vurmaq üçün hazırlıqlar davam edir.

“Hazır olun, biz Aya doğru hərəkət edirik. ‘Artemida-2’ missiyasının astronavtları yolun yarısını qət ediblər. Onlar Ayın əks tərəfində uçuş zamanı çəkəcəkləri şəkilləri alimlərlə və sizinlə paylaşacaqlar. Artıq Ay ətrafından uçuş üçün hazırlıqlar gedir” ,- deyə NASA-nın açıqlamasında qeyd olunur.Kosmik gəmi 12 aprel tarixində Yerə qayıdacaq. “Artemida-2” missiyası 1972-ci ildən sonra Yer orbitindən kənara çıxan ilk pilotlu kosmik ekspedisiyadır.

Məhəmmədəli Həsənli

AzVision.az

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
azvision.az

1Sources