EN

İraqda neft anbarına dron hücumu olub

İraqın İranla həmsərhəd olan Maysan əyalətində yerləşən “Buzurqan” yatağında neft anbarına dron hücumu olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum bir neçə dronun iştirakı ilə həyata keçirilib. İlkin məlumatlara görə, hücum nəticəsində insan tələfatı olmayıb.

Nazirlik neft anbarına dəyən ziyan barədə açıqlama verməyib.

Chosen
33
37
yeniazerbaycan.com

10Sources