EN

Küveytdə İranın PUA hücumu: İki elektrik stansiyası zədələndi

BAKI, 5 aprel. TELEQRAF

Küveytdə İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində iki elektrik stansiyası və su duzsuzlaşdırma qurğuları zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı iki elektrik stansiyası və duzsuzlaşdırma qurğuları hədəfə alınıb. Nəticədə obyektlərə ciddi maddi ziyan dəyib və iki enerji bloku sıradan çıxıb.

Nazirlik bildirib ki, insident nəticəsində xəsarət alan olmayıb. Eyni zamanda fövqəladə xidmətlər ölkə ərazisində sabit və fasiləsiz elektrik təchizatını təmin etmək üçün işlərini davam etdirir.

Chosen
15
14
teleqraf.com

10Sources