EN

KİV: İran İsrailin elektrik stansiyalarını hədəf siyahısına əlavə edib

İran və dəstəklədiyi silahlı qruplar İsraildəki iki böyük elektrik stansiyasını potensial hədəflər siyahısına əlavə edib.

"Far.Az"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib.

Onların məlumatına görə, İsraili təmin edən iki böyük elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyatlar qərargahının hədəf siyahısına əlavə edilib.

Qeyd olunur ki, qərar əks-cavab strategiyasının bir hissəsidir və İranın vacib infrastrukturuna mümkün hücumlara cavab verməyə hazırlıq kimi qəbul edilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Chosen
23
50
far.az

10Sources