EN

İranın şimal-qərbində hava hücumları 3 mülki şəxs həlak olub

BAKI, 5 aprel. TELEQRAF

İranın Ərdəbil vilayətində həyata keçirilən hava hücumları nəticəsində azı 3 mülki şəxs həyatını itirib, daha 3 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin şimal-qərbində yerləşən Ərdəbil vilayətinin bir neçə rayonuna edilən son hücumlar zamanı itkilər qeydə alınıb.

Vilayət rəhbərliyinin müavini bildirib ki, hücumlar nəticəsində ən azı üç nəfər ölüb, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Chosen
10
46
teleqraf.com

10Sources