EN

Hakan Fidan suriyalı həmkarı ilə regiondakı müharibəni müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla suriyalı həmkarı Əsəd Hasan Şeybani arasında telefon danışığı olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nazirlər danışıq zamanı ikitərəfli münasibətləri müzakirə ediblər. Söhbət zamanı həmçinin regionda davam edən müharibə də diqqət mərkəzində olub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq, Küveyt və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Chosen
22
48
far.az

10Sources