Paytaxtın aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.
“Toyota” və “Audi” markalı avtomobillər toqquşub. Nəticədə “Audi” markalı avtomobil aşıb və 3 nəfər xəsarət alıb.
Qəza səbəbindən həmin istiqamətdə nəqliyyat sıxlığı yaranıb.