EN

Benzinin qiyməti ən yüksək səviyyəyə çatdı BU ÖLKƏDƏ

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3.8 litr) üçün 4.1 dolları keçərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyası məlumat yayıb.

Məlumata görə, benzin qiyməti son sutkada daha iki sent artaraq 4.104 dollara, dizel isə 5.58 dollara yüksəlib. Kaliforniya ştatında isə benzin orta hesabla 5.9 dollara satılır.

Təxminən 20 ştatda qiymət 4 dollardan yuxarıdır. ABŞ tarixində yalnız bir dəfə - 2022-ci ilin mayında bütün ştatlarda bu hədd keçilib, daha sonra isə iyunda qiymət 5 dollardan yuxarı qalxaraq rekord həddə çatıb.

2008-ci ilin iyulunda neftin qiymətinin kəskin artması fonunda benzinin qiyməti 4.1 dollardan bir qədər çox olmuşdu. Hazırkı göstərici həmin səviyyəni keçərək tarixdə ikinci ən yüksək qiymət kimi qeydə alınıb.

Benzin qiymətlərinin artımı Yaxın Şərqdəki gərginlik fonunda bir çox ölkədə müşahidə olunur. Münaqişənin kəskinləşməsi səbəbindən Hörmüz boğazı vasitəsilə gəmiçilik demək olar ki, dayanıb. Bu marşrut dünya üzrə neft, neft məhsulları və mayeləşdirilmiş qaz tədarükünün təxminən 20%-ni təşkil edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
26
bakivaxti.az

10Sources