EN

İran ABŞ və İsraili “cəhənnəm qapıları” ilə HƏDƏLƏDİ

“Əgər növbəti zərbələr baş verərsə, ABŞ və İsrail üçün “cəhənnəm qapıları” açılacaq”

Publika.az xəbər verir ki, bu bəyanatla İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdollahi çıxış edib.

O, ABŞ Prezidenti Donald Trampın ultimatumunu şərh edərkən söz verib ki, ABŞ və İsrail tərəfindən İranın infrastrukturuna yeni zərbələr endiriləcəyi təqdirdə onların qarşısında "cəhənnəm qapıları açılacaq".

Bundan əvvəl Tramp bəyan etmişdi ki, Tehranın Hörmüz boğazını açmaq və ya sövdələşmə bağlamaq üçün iki sutka vaxtı var, əks halda “İranın üzərinə bütün cəhənnəm çökəcək”.

Buna cavab olaraq Abdollahi vurğulayıb ki, İran bir saniyə belə tərəddüd etməyəcək və öz vətəndaşlarını, eləcə də milli aktivlərini qorumaq üçün bütün silahlı qüvvələrini işə salacaq. O, həmçinin xəbərdarlıq edib ki, yeni hücumlar baş verərsə, Tehran ABŞ və İsrailin istifadə etdiyi istənilən infrastruktura zərbələr endirəcək.

Chosen
9
50
publika.az

10Sources