EN

İranın xarici işlər naziri BMT-nin baş katibinə məktub ünvanladı

BAKI, 5 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda ABŞ və İsrail hərbi qüvvələrinin ölkənin dinc nüvə obyektlərinə və qurumlarına hücumları ilə bağlı İranın mövqeyini təqdim edib.

Teleqraf xəbər verir ki, Əraqçi məktubunda bu qanunsuz hücumların ciddi humanitar və ekoloji nəticələri barədə də xəbərdarlıq edib.

Məktubun surəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossiyə göndərilib.

Bu gün ABŞ və İsrail qüvvələri Buşehr Atom Elektrik Stansiyasına daha bir zərbə endirib. Atom Elektrik Stansiyasının bir işçisi həlak olub.

Chosen
11
12
teleqraf.com

10Sources