AZ

Əraqçi AEBA direktorunu görə nədə təqsirləndirir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, AEBA-nın baş direktoru Rafael Qrossinin İslam Respublikasının nüvə obyektlərinə hücumlara qarşı reaksiya verməməsi agentliyə etibarı sarsıdır.

Publika.az xəbər verir ki.u bu barədə onun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

"ABŞ və İsrailin dinc nüvə obyektlərinə davam edən hücumları insan sağlamlığı və ətraf mühit üçün ciddi risklər yaradır", - o qeyd edib.

Əraqçinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası, AEBA-nın İdarə Heyəti və onun rəhbəri bu cür hücumların qarşısını almaq üçün "effektiv tədbirlər görməyiblər".

Seçilən
16
10
publika.az

10Mənbələr