EN

İran ABŞ-nin bazalarına PUA-larla hücumETDİ

İran Ordusu ABŞ-nin regiondakı hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Korpusunun (SEPAH) 55 nömrəli bəyanatında qeyd olunub.

"ABŞ Ordusunun bölgədəki raket və döyüş PUA-larını aşkarlayan radar sistemi, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) alüminium zavodu, eləcə də ABŞ-nin Küveytdəki mexanikləşdirilmiş, zirehli və helikopter taborlarının komandanlıq qərargahı "Arash 2" dronlarının hədəfinə çevirilib", - bəyanatda vurğulanıb.

Bildirilib ki, İran ABŞ-nin bölgədəki bazalarına hücumları davam etdirəcək.

 

Chosen
28
50
redaktor.az

10Sources