EN

"Leyptsiq"dən çətin qələbə

Almaniya Bundesliqasının 28-ci turunda "Verder Bremen" doğma meydanda "Leyptsiq" komandasını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna daha fəal başlayan "Leyptsiq" 15-ci dəqiqədə hesabı açıb. Antonio Nusa fərqlənərək komandasını önə keçirib. 52-ci dəqiqədə isə Romulo dəqiq zərbə ilə fərqi artırıb.

"Verder Bremen" isə yalnız əlavə olunmuş vaxtda fərqlənə bilib. Salim Musa hesabı azaldan qola imza atıb.

Bu nəticədən sonra  "Leyptsiq" 53 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Verder Bremen" isə 28 xalla 14-cü sırada yer alır.

Chosen
33
3
90deqiqe.az

10Sources