Xəzər dənizinin səviyyəsi stabilləşir.
O qeyd edib ki, dənizin səviyyəsi son 20 ildə davam edən enişdən sonra müəyyən tarazlıq vəziyyətinə çatıb.
Alimin sözlərinə görə, yaxın illərdə səviyyənin bu tarazlıq ətrafında dəyişməsi və nisbi sabitliyin müşahidə olunması gözlənilir.
Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin azalması 1990-cı illərin ortalarından etibarən qeydə alınır və son illərdə tarixi minimum göstəricilər müşahidə olunub.