EN

Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskini rəsmi mərasimlə qarşılayıb.

Publika.az xəbər verir ki, Dolmabağçadakı ofisdə rəsmi qarşılama mərasimindən sonra Prezident Ərdoğan və Ukrayna Prezidenti Zelenski təkbətək görüş keçiriblər.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən açıqlamaya görə, görüşdə liderlər Türkiyə-Ukrayna ikili münasibətlərini, Ukrayna-Rusiya müharibəsində sülh axtarışlarını, həmçinin regional və qlobal hadisələri müzakirə ediblər.

Görüş zamanı Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı danışıqlara dəstəyinin davam edəcəyini, regionun daha çox sülh və sabitliyə ehtiyacı olduğunu ifadə edib.

Ərdoğan Türkiyə olaraq Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük önəm verdiklərini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu bildirib.

Chosen
30
29
publika.az

10Sources