EN

Orban Aİ dən Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğvini tələb etdi VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Macarıstanın baş naziri Viktor Orban Avropada ağır enerji böhranının yaxınlaşdığını bildirərək, Aİ-dən Rusiya enerji daşıyıcılarına qarşı sanksiya və məhdudiyyətləri dərhal ləğv etməyi tələb edib.Bizim.Media xəbər verir ki, Orban bu mövqeyi Slovakiyanın baş naziri Robert Fitso ilə vəziyyəti müzakirə etdikdən sonra səsləndirib.Onun sözlərinə görə, Avropa iqtisadiyyatı enerji daşıyıcılarının çatışmazlığı və qiymət artımı təhlükəsi ilə üz-üzədir.Orban bildirib ki, qarşıdakı riski yalnız Aİ-nin neft və qaz ehtiyatlarını bütün mümkün mənbələrdən, maksimal həcmdə və mümkün qədər tez doldurması ilə azaltmaq olar. O, həmçinin Brüsselin Ukrayna prezidenti Volodimir Zelenskidən “Drujba” neft kəmərini dərhal açmağı tələb etməli olduğunu deyib.Bu mövqe regionda təkcə Budapeştin yox, Bratislavanın da xəttinə uyğundur. Reuters yazır ki, Robert Fitso da bu gün Aİ-ni Rusiyanın neft və qazına qoyulan sanksiyaları ləğv etməyə çağırıb və bunu Avropanın enerji təhlükəsizliyi ilə əsaslandırıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
34
bizim.media

10Sources