EN

Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edildi

ABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızı həbs edilərək, ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətinə verilib.

Məlumata görə, Əfşar sosial media paylaşımlarında və çıxışlarında İran hakimiyyətinə açıq dəstək ifadə edib və ABŞ əleyhinə çağırışlar səsləndirib.

Onun ABŞ-də yaşadığı müddətdə İranın siyasi mövqeyini təbliğ etdiyi, Yaxın Şərqdə ABŞ hərbi obyektlərinə qarşı hücumları dəstəklədiyi və İran İnqilab Keşikçiləri Korpusuna simpatiya nümayiş etdirdiyi deyilir.

Qərara əsasən, Əfşarın həyat yoldaşının da ABŞ-yə girişinə qadağa qoyulub.

Bununla yanaşı, daha əvvəl İranın keçmiş yüksəkvəzifəli şəxslərindən biri olan Əli Laricaninin qızı Fatimə Ərdəşir-Laricani və onun həyat yoldaşı Seyid Kələntər Mötəmədinin də hüquqi statuslarının ləğv edildiyi açıqlanıb. Bildirilir ki, həmin şəxslər hazırda ABŞ-də deyil və onların ölkəyə gəlməsi qadağan edilib.

ABŞ Dövlət Departamenti bu prosesdə göstərdiyi əməkdaşlığa görə ABŞ Daxili Təhlükəsizlik Departamenti və aidiyyəti qurumlara təşəkkür edib.

Chosen
18
25
manset.az

10Sources