EN

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

Qahirə, 4 aprel, AZƏRTAC

İraqın cənubunda yerləşən Rumeyla neft yatağı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, enerji sektorundakı mənbələrin məlumatına görə, bu gün iki PUA bp şirkətinin işlətdiyi Şimali Rumeyla neft yatağını hədəfə alıb. Hadisə nəticəsində üç iraqlı işçi yaralanıb. Bildirilib ki, hücumdan qısa müddət əvvəl isə digər bir pilotsuz uçuş aparatı Bəsrə şəhərinin qərbində xarici neft şirkətlərinə məxsus saxlama qurğularına zərbə endirib.

Qeyd olunur ki, pilotsuz uçuş aparatlarının hücumu Rumeyla kimi nəhəng neft yatağının bu hissəsində əməliyyatlara təsir göstərməyib.

 

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Chosen
42
48
azertag.az

10Sources