EN

Ərdoğan və Rütte arasında mühüm danışıq: NATO-nun gələcəyi Ankarada həll olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefon əlaqəsi saxlayaraq, regional və qlobal məsələləri, eləcə də alyansın gələcək fəaliyyətini müzakirə edib.

Musavat.com xəbər verir ki, Türkiyənin dövlət agentliyi "Anadolu"nun yaydığı məlumata görə, Ərdoğan İrandakı mövcud vəziyyətin "geostrateji çıxılmaza doğru getdiyini" vurğulayıb.

Türkiyə lideri beynəlxalq birliyi müharibənin dayandırılması istiqamətində səyləri gücləndirməyə çağırıb. Danışıq zamanı həmçinin alyansın daxili işləri və qarşıda duran hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinin əhəmiyyətinə də toxunub. O, bu sammitdə alyansı gələcək dəyişikliklər qarşısında daha dayanıqlı və effektiv edəcək qərarların qəbul olunacağına ümid etdiyini bildirib.

Musavat.com

Chosen
15
50
musavat.com

10Sources