EN

“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib.

Bu barədə Aznews.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forum Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.

Forum iştirakçıları əvvəlcə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Forumun açılışında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını, regionlarda, o cümlədən Lənkəranda bu sahənin inkişafının gənclərin məşğulluq imkanlarını genişləndirdiyini qeyd edib. Komitə sədri forumun əhəmiyyətini qeyd edərək bildirib ki, belə tədbirlər yeni ideyaların müzakirəsi və təcrübə mübadiləsi üçün vacib platformadır.

Chosen
19
10
aznews.az

10Sources