EN

Bu ölkədə dövlət çevrilişinə cəhd edildi

Madaqaskarda aralarında bir generalın da olduğu 13 nəfər dövlət başçısı səlahiyyətlərini müvəqqəti icra edən polkovnik Maykl Randrianirinanı qətlə yetirməyə cəhddə şübhəli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.

News365.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Madagaskar prokurorluğu məlumat yayıb.

Prokuror Narindra Navalona Rakotoniaina bildirib ki, 11 şübhəli saxlanılıb, digər şəxslər barəsində isə həbs orderləri verilib:

“Saxlanılanlar arasında yüksək rütbəli zabitlər və dövlət çevrilişində iştirak etmək niyyətini açıq şəkildə bəyan edən bir general da var".

Qeyd edək ki, Randrianirina 2025-ci ilin oktyabrında sələfi Andri Racoelinanın istefasına səbəb olan etirazlardan sonra hakimiyyətə gəlib.

Chosen
19
3
news365.az

10Sources